Bərdədə avtomobillə kişini vuraraq öldürən sürücünün kimliyi məlum oldu

Yol qəzaları 31 Dekabr 2020 | 15:32
OXUNUB: 433

Bərdə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 30-u saat 21 radələrində şəhər ərazisində yolu keçən şəhər sakini M.Cavadovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə daxil olan məlumatla əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilib.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man