Ankarada prospektlərdən biri Azərbaycan adlandırıldı - FOTO

Yeniliklər 30 Dekabr 2020 | 17:41
OXUNUB: 841

Ankara Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarı ilə paytaxtın Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektə Azərbaycan adı verilib.

Unikal.org  xəbər verir ki, bu addım Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) təşəbbüsü, Milliyyətçi Hərəkat Partiyasından Ankara Böyükşəhər və Keçiörən Bələdiyyələrinin Məclis üzvü Alparslan Doğanın təklifi ilə gerçəkləşdirilib.

Bələdiyyələrə rəsmi müraciətdə bildirilib ki, məqsəd – Qarabağda böyük Zəfər əldə edən qardaş Azərbaycanın adının paytaxt Ankarada əbədiləşdirilməsidir. Şəhər sakinləri Azərbaycan türklərinin kompakt yaşadığı Keçiörən rayonunun Çaldıran məhəlləsindəki prospektin Azərbaycanın şərəfinə adlandırılmasını alqışlayıblar.

Qeyd edək ki, indiyə qədər Ankarada bir sıra küçələrə Qarabağ, Naxçıvan, Qaraqoyunlu, Ağqoyunlu, prospektlərdən birinə isə Xocalı adları verilib.

Ankarada prospektlərdən biri Azərbaycan adlandırılıb

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man