Prezident: Ərdoğan qardaşımla Şuşaya gedəcəyik

10 Dekabr 2020 | 19:07
OXUNUB: 2444
"Biz danışdıq ki, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu hazırlanandan sonra bərabər Şuşa şəhərinə gedəcəyik”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.

"Bir daha qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Prezident başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat mənsubları – onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırlar. Məhz bu reportajlar vasitəsilə dünyada gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”, - o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man