Dünya mətbuatı: Qarabağ və "Göyün yeni sahibləri"haqqında

Nəqliyyat xəbərləri 30 Dekabr 2020 | 09:34
OXUNUB: 613

Dünya mətbuatında Türk PUA-ları "Göyün yeni sahibləri" adlandırıldı.

Azərbaycanın cəbhədəki uğurlarının  önəmli hissələrindən biri olan Türk PUA-ları dünya mətbuatında geniş yer tutmağa davam edir.

İngilis, Alman,  Fransız və İspan mətbuatı, Türk PUA-larını manşet etdi və  sahədəki uğurlarında təriflə bəhs etdi.

Azərbaycan 27 ildir işğal altında olan torpaqlarını azad etməsinin, qazanılan zəfərin fonunda, Türk PUA-ları da diqqət mərkəzinə düşdü.

Avtosfer.az techland.az-a istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Ordusundakı yüksək rütbəli bir general, Qarabağdakı hərbi əməliyyatların yenilik olduğunu və bu əməliyyatların gələcək müharibələrdə bir çox ordu tərəfindən tətbiq olunacağını bildirib.

Fransanın L'Opinion qəzetində yayımlanan bir xəbərdə, ermənilərin əlindəki Rusiya hava hücumundan müdafiə sistemlərinin çox məqsədli olmasına baxmayaraq, Qarabağdakı PUA-ları dayandıra bilmədikləri qeyd edilib.

Eyni xəbərdə Türkiyənin çox sayda Jammer sistemini inkişaf etdirdiyi də qeyd olunub: '' Rusiyanın yüksək səviyyəli Jammer sistemləri var, ancaq Türkiyən elektron müharibə sahəsində böyük bir irəliləyiş əldə edib.  Türkiyənin müdafiə sənayesi təxminən 10 ildə böyük uğurlar qazanıb."

İspanyol gazetesi El Pais de Türk SİHAlarının Karabağ savaşındaki başarısı hakkında bir makale yayınladı.
 

İspaniyanın El Pais qəzeti də Türk PUA-larının Qarabağ müharibəsindəki uğurları haqqında bir məqalə yayımlayıb.

Qəzetdə dərc olunan məqalədə, erməni qüvvələrinin pilotsuz təyyarələrlə məhv edildiyi və "Türk  PUA-larının səmanın yeni sahibləri olduğu qeyd olunub.

Qəzet ayrıca, Ermənistan ordusunun Azərbaycana məxsus hədəfləri vurduqlarını dəfələrlə iddia etmələrinə baxmayaraq bunu sübut edə bilmədiklərini və Azərbaycan Müdafiə Nazirliyinin insansız hava vasitələrinin gücünü göstərən videoları yayımladığını vurğulayıb.

Fransız xəbər agentliyi AFP, ötən aylarda "Türkiyənin əzbərpozan PUA-ları"  başlıqlı araşdırma məqaləsi  yer almışdı. Araşdırmada Qarabağda istifadə olunan PUA-ların savaş adətlərini pozduğu, yeni bir savaş erasının təməlini qoyduğu yer alıb.

Qarabağ savaşı və savaşda önəmli yer tutan PUA-lar Alman mediasında da yer alıb. Almaniyanın Tagesschau xəbər saytında Türkiyə istehsalı silahlı insansız hava vasitələri ilə bağlı iltifatlar səsləndirilib. Məqalə "Dronlar iş başında qaçma üçün 7 saniyəniz var" başlığı altında yayımlanıb. Məqalədə Avropa ölkələrinin PUA istehsalı baxımından Türkiyədən geri qaldığı bildirilib.  Məqalədə həmçinin hazırda Avropa ölkələrinə məxsus heç bir hava hücumundan müdafiə sisteminin Türk PUA-larının öhdəsindən gələ bilməyəcəyi qeyd olunub.

Öte taraftan İngiliz Financial Times gazetesi de Türkiyenin silahlı insansız hava araçlarının (SİHA) ABD, İsrail ve Çine ciddi rakip olarak ortaya çıktığını yazdı.
İngiltərənin Financial Times qəzeti, Türkiyə PUA-larının ABŞ, İsrail və Çinə ciddi bir rəqib olduğu bildirilib. Qəzet həmçinin ermənilərin mövqelərinin, hava hücumundan müdafiə sistemlərinin, topçu birləşmələrinin və tanklarının məhv edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinn yayımladığı görüntülərdən də yazıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man