Ermənilərin dünən yaraladığı əsgərimizin görüntüləri - VİDEO

Nəqliyyat xəbərləri 29 Dekabr 2020 | 22:05
OXUNUB: 1334

Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücumu nəticəsində bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, müddətdən artıq xidmət edən əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

E.Əliyev Beyləqan rayon sakinidir. Yaxınlarının "BakuPost"a verdiyi məlumata görə, hücum nəticəsində ayağından, qolundan və çiyin nahiyəsindən 7 güllə yarası alıb.

O, bu gün müalicə üçün Bakıya gətirilib və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilib. Həkimlər bildirib ki, əsgərin vəziyyəti yaxşıdır.

E.Əliyev Vətən Müharibəsində göstərdiyi igidliyə görə Prezident tərəfindən "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man