"Dünyanın ən böyük uşağı" 21 yaşında vəfat edib - FOTO

Maraqlı 29 Dekabr 2020 | 09:14
OXUNUB: 698

Rusiya Federasiyasının vətəndaşı olan, “dünyanın ən böyük uşağı” kimi Ginnesin Rekordlar Kitabına düşən Kabarda-Balkariya Respublikasının sakini Cambulat Xatoxov ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün “Instagram” səhifəsində paylaşım edib.

“Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Qubjev yazıb.

21 yaşlı C.Xatoxovun ölüm səbəbi açıqlanmır.

Məlumata görə, C.Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında – 115, on üç yaşında – təxminən 180 kiloqram ağırlığında idi.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man