Çində yüksəksürətli yük qatarı istifadəyə verildi - 350 km/saat

Yeniliklər 26 Dekabr 2020 | 22:00
OXUNUB: 1104

Çinin Tangshan şirkəti 350 km/s-a qədər sürət yığa bilən yük qatarı istehsal edib.

TED.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, lokomotivin forması nərə balığını xatırladır ki, bu da onun aerodinamik xüsusiyyətlərini yaxşılaşdırır.

Qatarın hazırlanması zamanı UWB yüksək sürətli rabitə texnologiyaları, mobil məlumat ötürülməsi şəbəkəsi və "Beidou" peyk naviqasiya sistemi tətbiq edilib. Qatarın bu cür texniki təchizatı yüklərin dəqiq yerləşdirilməsini, həmçinin qatarlar və stansiyalar arasında əlaqəni təmin edir.

Yeni qatar 600 km-dən 1500 km-ə qədər məsafəyə sürətli yük daşımaları üçün istifadə olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man