Arvadının sevgilisini zəncirlədi - VİDEO

Maraqlı 26 Dekabr 2020 | 11:20
OXUNUB: 957

Rusiyanın Kemerova vilayətində qəribə bir hadisə baş verib. Belə ki, kişi  uşaqlıq dostu olan arvadının indiki sevgilisini zəncirə bağlayıb. O, bu yolla arvadını evə qaytarmaq istəyib.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə günü o rəqibini döyüb, boynuna dəmir xalta keçirib və boltla bağlayıb. Sonra isə qaraja aparıb və zəncirlə traktora bağlayıb.

Ancaq kişinin “köləsinə” yazığı gəlib və donacağını düşünüb. Buna görə də hamamda sobanın borusuna bağlayıb.

Lakin kişinin rəqibi təslim olmağı düşünməyib: qıfılı qırıb və boğazında zəncirlə sevgilisinin yanına qaçıb. Özləri bunu aça bilmədiklərindən polisə müraciət ediblər.

İndi qadının qanuni ərini iki ilə qədər həbs cəzası gözləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man