Tovuzda yol qəzası baş verib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 24-ü saat 7 radələrində Tovuz şəhəri ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man