“ADY Express”müştərilərinə yeni xidmətini təqdim edib

Yeniliklər 25 Dekabr 2020 | 10:55
OXUNUB: 750

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC müştərilərinə yeni xidmətini təqdim edib.

Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, bu, sifarişlərin dəyərinin onlayn ödənilməsi xidmətidir.

Artıq müştərilərin ödəniş üçün banka getmək ehtiyacı minimallaşdırılaraq sifarişlərin ödənişi üçün onlayn ödəniş xidmətindən istifadə edə bilərlər.

Şirkətin müştəriləri sifariş təsdiq olunandan sonra onlayn Şəxsi Kabinetə daxil olaraq “Ödə” düyməsini sıxaraq şəxsi və ya korporativ kart vasitəsi ilə onlayn ödəniş edə bilərlər. Onlayn ödənişin üstün cəhəti bundan ibarətdir ki, ödəniş həmin anda icra edilir və sifarişin statusu “ödəndi” olaraq dəyişir. Bank köçürməsində olduğu kimi ödənişin hesaba oturmasını gözləməyə ehtiyac qalmır.

Onlayn ödəniş sistemini tətbiq etməklə “ADY Express” rəqəmsal texnologiyalı xidmət növlərini genişləndirərək, müştərilərin rahatlığını təmin edir.

Xatırladaq ki, bu vaxta qədər şirkət bir sıra onlayn xidmətlər istifadəyə təqdim etməklə müştərilərin məmnunluğunu qazanmışdı. “ADY Express” müştərilər üçün, şəxsi kabinetindən istifadə edərək, onlayn sifariş etmək, göndərdiyi yüklərin sərhəddən keçməsi ilə bağlı daşıma sənədləri və hesabatları görmək imkanı yaradıb. Eyni zamanda müştərilər “qapıdan-qapıya” servisindən də istifadə edə bilirlər.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man