Daxili işlər orqanları göstərilən etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq - Vilayət Eyvazov

İctimai nəqliyyat 24 Dekabr 2020 | 16:52
OXUNUB: 1146

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib. Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Nazir V.Eyvazov Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib və onu əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaq.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man