“9 ay ərzində Bakı şəhəri üzrə baş verən 194 yol nəqliyyat hadisəsi nəticəsində 82 nəfər həlak olub, 119 nəfəri isə xəsarət alıb.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, 26 yol nəqliyyat hadisəsi nəticəsində isə 7 uşaq ölüb, 19-u xəsarət alıb. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 2 fakt və xəsarət alanların sayı 6 nəfər azalsa da, həlak olanların sayı 2 nəfər artıb ki, bu da hər bir hərəkət iştirakçısını narahat etməlidir. Bu hadisələrdə avtobus sürücülərinin iştirakı ilə 15 yol nəqliyyat hadisələri baş verib və nəticədə 7 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisələri 2019-cu illə müqayisədə 15.8%, ölüm sayı 4.2%, xəsarət sayı isə 23.3% azalıb.”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man