Bakıda baş vermiş yol qəzalarının səbəbləri AÇIQLANDI

Yol qəzaları 23 Dekabr 2020 | 22:00
OXUNUB: 1747

“Cari ildə yol nəqliyyat hadisələri sürət həddinin aşılması, piyada keçidinin və yolayrıcının keçilməsi, ara məsafəsinin düzgün seçilməməsi və manevr qaydalarının pozulması nəticəsində baş verib.”

Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, yol nəqliyyat hadisələrinin 38.4%-i manevr qaydalarının pozulmasına, 27.8%-i sürət həddinin aşılmasına, 9.4%-i ara məsafəsinin düzgün seçilməməsinə, 7.6%-i yolayrıcının keçmə qaydalarının pozulmasına, 3.6%-i isə piyada keçidlərinin keçilməsi qaydalarının pozulması səbəbindən olub.

 

Vaqif Əsədov bildirib ki, Dövlət Yol Polisi əməkdaşlarının məqsədli, ardıcıl keçirtikləri tədbirlərin və təbliğatın nəticəsində ötən il ilə müqayisədə qəzaların, ölümlərin və xəsarətlərin sayı azalıb.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man