Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev - VİDEO

Nəqliyyat xəbərləri 23 Dekabr 2020 | 18:53
OXUNUB: 1912

“Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”

Bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin “44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.

N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd  vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:

“Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.

Anası Hacıyeva Cəmilə deyir ki,  hər şeyi ürəyimlə hiss edirdim:

“Bir ana üçün o səhnəni görmək... Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.

Daha ətraflı süjeti təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man