Ermənistan Azərbaycana qarşı ənənəvi düşmənçilik xislətini dəyişə bilərmi? - Açıqlama

03 Dekabr 2020 | 15:17
OXUNUB: 1542

"Ermənistanın yeganə çıxış yolu bir ağıllı erməninin çıxıb, saxta soyqırım abidəsini darmadağın etməsidir”.


Bu sözləri Sfera.az-a açıqlamasında aldığı son dərsdən sonra Ermənistanın bir dövlət olaraq Türkiyə və Azərbaycanla uzun əsrlik düşmənçiliyə son qoyacağı ehtimalına aydınlıq gətirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib.


Deputat düşünür ki, ermənilər mahiyyətcə hələ də dəyişməyiblər:

 

"Onlar indiki halda məcburən müəyyən əlaqələrin qurulmasına gedirlər. Amma ermənilər mahiyyətcə hələ ki, dəyişməyib. Ermənistanın yeganə çıxış yolu bir ağıllı erməninin çıxıb saxta soyqırım abidəsini darmadağın etməsidir. Digər tərəfdən, Ağrı dağının üzərində Azərbaycan və Türkiyə bayrağının elektron variantda cizgisini verməliyik ki, hər yerindən duran erməni gözünün qarşısında Türkiyə və Azərbaycanı görsün və reallığa qayıtmağı bacarsın.


Bunları etməyincə, ermənilər xəstə təxəyüllərindən xilas ola bilməyəcək. Xalq doğulandan xəstə olmur. Məktəbliləri saxta soyqırım abidəsinin qarşısına aparıb yalandan bildirirlər ki, soyqırıma məruz qalıblar. Soruşan yoxdur ki, niyə qırılmısınız, niyə özünüzü bu vəziyyətə salmısınız? Çünki xəyanət etmisiniz, normal yaşamaq istəməməsiniz. Ermənilər Osmanlının verdiyi imtiyazlardan sui-istifadə edərək sonda onlara xəyanət edən xalqdır”.


Həmsöhbətimiz hesab edir ki, ermənilərin həqiqətləri qəbullanaraq Türkiyə və Azərbaycanla dost şəraitində yaşamaları zamana buraxılası məsələdir:


"İndi onlar Xankəndi və başqa yerlərdə Ermənistan bayrağını dalğalandırırlar. Başa düşmürlər ki, bu ərazilərin Ermənistana aydiyyatı olmayıb, bundan sonra ümumiyyətlə aydiyyatı olmayacaq. Burada onlar yalnız Azərbaycan bayrağı altında mükli şəxs kimi yaşaya bilərlər. İnadkarlıq göstərəcəklərsə, Azərbaycanın hüququ yaranır ki, istənilən vaxt öz ərazisində suverenliyini bərpa etsin”.


Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man