ABŞ kosmik gəmi istehsalçısı və kosmik turizm şirkəti "Virgin Galaktic"in yeni suborbital gəmisi 'VSS Unity'nin sınaq uçuşu uğursuz olub.
Avtosfer.az techland.az-a istinadən bildirir ki, şirkət tərəfindən verilən açıqlamada, gəminin raket mühərriki işləmədiyi üçün daşıyıcı təyyarənin VMS Eve tərəfindən dünyaya geri gətirildiyi bildirilib.
Açıqlamada, daşıyıcı təyyarənin yerli vaxtla saat 10:24-də şirkətin New Mexico əyalətindəki səhranın ortasında qurduğu Spaceport America bazasından havaya qalxdığı və sonra 50 min fut yüksəklikdə (təxminən 15 min metr) sərbəst buraxılmağa hazırlaşarkən daxiliyanma mühərrikində bir problemlə qarşılaşdığı bildirilib.
Şirkət rəsmiləri, test uçuşun gələcəkdə yeni bir mühərriklə təkrarlanacağını qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man