Dövlət Yol Polisi (DYP) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati qaydada protokol tərtib edib. Report-un xəbərinə görə, Xətai Rayon Məhkəməsi protokola əsasən Əmlak Məsələləri Dövlət Xidmətini 300 manat məbləğində cərimə edib.
Dövlət qurumu İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man