ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

Yol qəzaları 22 Dekabr 2020 | 11:02
OXUNUB: 593

ABŞ-ın Texas ştatının Qrand-Preri şəhərində təyyarə qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub.

Qeyd edilir ki, təyyarə Texas ştatının Denton şəhərindən səmaya qalxıb. Qrand-Preri əyalət aeroportunda eniş edən təyyarə yenidən səmaya qalxıb, lakin az sonra qəzaya uğrayıb.

NBC telekanalının məlumatına görə, təyyarə telefon dirəyinə ilişib, sonra isə yerə enərək avtomobilə çırpılıb. Bu zaman avtomobildə olan 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi hadisə ilə bağlı təhqiqat aparır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man