Şəki yol polisi piyadalara MÜRACİƏTetdi - FOTO

İctimai nəqliyyat 21 Dekabr 2020 | 22:00
OXUNUB: 993

Şəki DYP qış mövsümü ilə əlaqədar olaraq piyadalara müraciət edib. Şəki DYP- nin təbliğat və təşviqat üzrə inspektoru,Tural Niftalıyev Avtosfer.az-a bildirib ki, bununla bağlı yol polisi tövsiyyələr hazırlayıb.  

"Piyadalara müraciət edirik ki, qış mövsümündə metroloji şəraiti nəzərə alaraq, daha çox diqqətli olsunlar, qəzaya düşməmək üçün aşağıdakı qaydalara riayət etsinlər:
 
-        Küçələrdə səkilərlə, yollarda isə ehtiyyat hissə ilə hərəkət edin. Əgər səki yoxdursa küçənin tam kənarı ilə gedin.
-        Piyada keçidləri ilə küçəni keçin. Piyada keçidi yoxdursa, küçənin düz xəttli hissəsindən yəni hər iki tərəf yaxşı görünən yerindən sola-sağa baxmaqla çox diqqətlə avtomobilin yaxınlaşmadığını tam yəqin edərək keçin.
-        Yaxınlaşan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmayın.
-        Küçəni svetoforun (nizamlayıcının) işarələrinə riayət etməklə keçin.
-        Avtobusları dayanacaqlarda, dayanacaq yoxdursa səkilərdə gözləyin. Avtobus tam dayanmamış ona yaxınlaşmayın.
-        Küçə və yolları keçərkən qaçmaq, tələsmək, diqqətsizlik etmək olmaz.
-        Küçə və yolda dayanmış nəqliyyat vasitəsinin qarşısından keçmək çox təhlükəlidir. Ən çox hadisələr bu səbəbdən olur. Dayanmış avtomobilin arxa hissəsindən keçmək lazımdır.
-        Yolun hərəkət hissəsində zərurət olmadan ləngimək və dayanmaq olmaz."

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man