Qələbənin Azərbaycan modeli – Rusiya mediası İkinci Qarabağ savaşının detallarını araşdırıb

02 Dekabr 2020 | 12:08
OXUNUB: 1885

Sfera.az Rusiya mətbuatında İkinci Qarabağ savaşının detalları haqda dərc olunmuş məqalədən bəzi məqamları təqdim edir:


2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixində Dağlıq Qarabağda gedən şiddətli döyüşlər, tərəflərin verdiyi itkilərin sayı (44 gün davam edən döyüşlər zamanı mülki vətəndaşlar da daxil olmaqla, təxminən 10 min insan həlak oldu) və intensivliyi baxımından postsovet məkanında ən böyük hərbi toqquşmalardan birinə çevrildi. Qeyd edək ki, qarşıdurmanın sonunadək cəmi 200 minə yaxın süngü istifadə olundu.



Qarabağda robot, uzaqdan idarə olunan texnika və yüksək dəqiqlikli silahların mühüm rol oynadığı yeni növ müharibənin şahidi olduq. Bu münaqişə ilk növbədə istifadə olunan qüvvə və vasitələrin tarazlığının dərk edilməsi baxımından hərbi qurumlarda çalışan mütəxəssislərin araşdırma obyektinə çevrilməlidir. Rəqiblərin müxtəlif texniki inkişaf səviyyələrində olduqları, buna görə də bir-birlərinə qarşı fərqli mübarizə üsulları axtardıqlarından sözügedən hərbi kampaniya asimmetrik münaqişə xarakteri daşıyırdı.


Real qüvvələr

 

Müharibə ərəfəsində erməni tərəfi qondarma DQR-nın silahlı qüvvələrinin sayını 18,5 mindən 21,4 min nəfərə çatdırdı. Həmçinin Ermənistandan 13 min hərbçi və yerli əhalidən ibarət 8500 döyüşçü də silahlı qüvvələrin sırasına qatıldı. Erməni tərəfi Qarabağ əhalisinin hesabına orduya təxminən 7-8 min nəfər əlavə döyüşçü də cəlb edə bilərdi.Yerdə qalan canlı qüvvə çatışmazlığını isə Ermənistanda səfərbərlik elan etməklə aradan qaldırmalı olacaqdı.

 

Erməni qoşunlarının DQR-də yerləşdirilməsi və təchizatı üçün təxmin edilən limit 80-100 min süngü arasında idi. DQR-nı Ermənistanla birləşdirən avtomobill yolları ilə 3 həftə fasiləsiz olaraq bölgəyə canlı qüvvə və silah-sürsat çatdırılsa idi, bu göstəriciyə nail olmaq olardı. Amma təşkilati cəhətdən DQR Silahlı Qüvvələrinin quruluşu mükəmməl deyildi.Qeyd edək ki, təşkilati cəhətdən DQR-dəki erməni qoşunları iki bölüyə və ayrıca hava hücumundan müdafiə komandanlığına bölünmüşdü.


 

Azərbaycan qoşunlarına isə beş ordu korpusu daxil idi. Bunlardan dördü Azərbaycan torpaqlarında, gücləndirilmiş 5-ci korpus isə Naxçıvan anklavı ərazisində yerləşirdi. Bu, Ermənistanla müqayisədə daha mükəmməl bir təşkilatdır. Müharibə boyu Azərbaycan üçqat üstünlüyə malik idi.

 

Cənubdakı düzən


Bu arada, əsas zərbə cənub istiqamətində endirilirdi. Burada DQR-nı əhatə edən dağlar zəncirində Araz çayının yatağı boyunca Horadiz dəhlizi kimi tanınan 10-12 kilometr eni olan dar bir keçid vardı. Bu keçid azərbaycanlıların müdafiə xəttini yarıb keçən hərbi qüvvələrini iki zolaqlı M-12 Gorus - Laçın – Xankəndi magistral yoluna çıxarırdı. Bu isə onlara"arxa qapıdan” keçərək düşmən mövqelərinə çatmaq və erməni tərəfini çətin vəziyyətə salmaq üçün imkan yaradırdı.

 

Amma texniki üstünlüyə baxmayaraq, azərbaycanlılar DQR-nı perimetr boyunca əhatə edən "Ohanyan cəbhəsi”ndə ermənilərin müdafiə xəttini böyük çətinliklə yarıb keçirdilər. 4 oktyabrda, əks-hücumun səkkizinci günündə yalnız yeddi-səkkiz kilometrə qədər irəliləyə bilmişdilər. Amma tezliklə "Ohanyan cəbhəsi" dəf edildi və Azərbaycan qoşunları meydan sulamağa başladı.


 

Nəticədə, ermənilər müharibənin elə ilk mərhələsində strateji cəhətdən məğlub oldular. Say və təşəbbüs baxımından ermənilərdən üstün olan azərbaycanlılar, daha keyfiyyətli nəqliyyat şəbəkəsinin hesabına rəqiblərini pis vəziyyətdə qoydular. Erməni tərəfinin azərbaycanlıların cənub istiqamətində irəliləməsinin qarşını almaq üçün gördüyü tədbirlər, vedrə-vedrə su tökməklə meşə yanğınını söndürmək cəhdlərini xatırladır.


Potensial köməyin çatdırılması


Bu arada, mövcud resurslara baxmayaraq, erməni tərəfi azərbaycanlılara sinə gərib müharibəni qazana və eşelonlu müdafiə yarada bilərdi. Bunun üçün 2-3 gün ərzundə təxminən 40-50 min insanı hərbi əməliyyatlar teatrında sıraya düzmək lazım idi. Amma bu DQR ilə Ermənistan arasındakı zəif nəqliyyat əlaqələri ucbatından mümkün olmadı.

 

Erməni tərəfi DQR-də imkanı çatacaq qədər qüvvə yerləşdirmədi. Atəşkəs imzalanandan və döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd etdi ki, Şuşanın şərq və cənub-şərq istiqqamətində 20-30 min erməni əsgərindən ibarət qruplaşma mühasirəyə düşə bilərdi.


44 günlük müharibə ərzində ermənilər DQR-ə yalnız 50 min nəfər yerləşdirə bildi. (əslində isə bunu kampaniya başlayan ərəfədə, iki-üç gün ərzində etmək tələb olunurdu). Bunlardan 10-15 mini Ermənistanın nizami ordusunun hərbçiləri, qalanları könüllülər və ehtiyatda olanlar idi.Eyni zamanda, tədarük yükü istisna olmaqla, magistral yolların maksimal imkanları bu dövrdə 130-170 min nəfərin (gündə üç-dörd min) bölgəyə çatdırılmasına imkan yaradırdı. Təbii ki, Ermənistandan lazımi şəkildə dəstəklənməyən DQR müdafiəsi yenildi.


"Boyd düyünü”nü kim çəkdi



Qarabağ Əməliyyat Teatrının strateji və əməliyyat səviyyəsindəki nümunələri, "Boyd mərhələləri" konsepsiyasını, eyni zamanda dövrümüzün tanınmış hərbi nəzəriyyəçi Boydun "Boyd düyünü" nəzəriyyəsini təsvir edir.Bu konsepsiya zəncirvari ardıcıllıqla ifadə olunur: müşahidə - aşkarlama- qərar - hərəkət. Bu ardıcıllıqla Azərbaycan texniki üstünlüyünə görə erməni tərəfini geridə qoyurdu.


Buna görə də, ermənilərin azərbaycanlıları əməliyyat səviyyəsində tələlərə salmaq cəhdləri (geri çəkilmək və cinahdan zərbə endirmək, mühasirəyə almaq və darmadağın etmək) heç bir nəticə vermirdi.

 

Erməni tərəfinin kifayət qədər stereotip və proqnozlaşdırılan hərəkətlərindən fərqli olaraq, azərbaycanlılar çevik və qeyri-standart hərəkət etdilər.

Düşmən istehkamlarını dəf etmək üçün onlara birbaşa hücum edilmirdi, əvvəlcə yüngül dağ piyadalarının mobil qrupları həmin əraziləri mühasirəyə alırdı və yalnız bundan sonra qətiyyətli tədbirlər həyata keçirildi. Şuşa bu cür zehni fəaliyyətin təntənəsi idi.

 

İtkilər, çox böyük oldu. Erməni tərəfi daha böyük itki verdi. Gün ərzində tərəflər yüzdən çox insan itirirdi. Ermənistanın siyasi xadimi Mikael Minasyan müharibə nəticəsində erməni tərəfindən 4750 nəfərin həlak olduğunu bildirdi, 20-25 min nəfər yaralandı, üstəgəl onlarla erməni əsir götürüldü. Yəni, ermənilər DQR-na 80 minə qədər silahlı əsgər topladılar və onlardan 25-30 min nəfəri itirdilər. Azərbaycan tərəfindən də təxminən 4000-5000 nəfər həlak oldu.

 

Yüngül silahlı dağ piyadaları taktikası



Azərbaycanlılar bütün xüsusi təyinatlı qüvvələrini və bütün dağ piyadaları qoşunlarını sözügedən münaqişəyə cəlb etdi. Hətta Naxçıvan Muxtar Respublikasından cəbhəyə xüsusi təyinatlı batalyon gətirildi.


Azərbaycan qoşunlarının dağlarda irəliləməsinin faktiki alqoritmi belə görünütdü: dağ zirvələrinin və dağ silsilələrinin zəbt edilməsi - artilleriya və PUA -nın qarşılıqlı köməyi ilədağ yollarında mövqeləri təmin etmək- ağır texnika və artilleriyanı döyüş meydanına gətirmək- hücum obyektini tutmaq - istirahət etmək və ehtiyat toplamaq – və yenidən eyni sxem üzrə irəliləmək.

 

Distant müharibə


Azərbaycan tərəfinin taktiki səviyyədə uğurunun əsas təminatçısı yüngül dağ piyada qoşunları və PUA-lar - özüyeriyən toplardır. Onların qarşılıqlı əlaqəsi isə peyk naviqasiyası tərəfindən təmin olunurdu. (azərbaycanlılar Bakıda kosmik mərkəz yaradaraq fransızların dəstəyi ilə 2013-cü ildə ilk kosmik peyklərini səmaya buraxdılar).


Müasir və kütləvi pilotsuz təyyarələrə laqeyd yanaşması müharibə prosesində erməni tərəfinin ən əhəmiyyətli uğursuzluğu oldu. Faktiki olaraq, düşmən havada hökmranlıq edirdi və erməni tərəfi "müharibənin dumanı”na düşdüyü zaman döyüş meydanında baş verənləri birbaşa izləmək imkanı vardı,

İkinci Qarabağ müharibəsi sübut etdi ki, gələcək müharibələrdə ağır artilleriyanın yerini uzun məsafədən istifadə olunan və mövqelərini tez-tez dəyişdirən, yəni düşmən silahlarının radiusu xaricində işləyən iri çaplı (150-210 mm) özüyeriyən artilleriya tutacaq.


Bəzi müharibə trendləri


Ermənilər şəhər şəraitində uzunmüddətli döyüşlər aparmağı bacarmadılar. Bununla birgə qeyd etmək lazımdır ki, DQR-da böyük şəhərlər yoxdur, ən böyük yaşayış yeri Xankəndidir (müharibədən əvvəl 55 min sakin olub). Bölgədəki azmərtəbəli binalar müdafiə mövqeləri yaratmağ üçün əlverişlidir. Buna baxmayaraq, ermənilər bir sıra böyük yaşayış məntəqələrini əhəmiyyətli müqavimət göstərmədən təslim etdilər (Hadrut, Zəngilan). Bu da onların binada lazımi müdafiə təşkil etmək bacarığına dair bəzi şübhələr yaradır. Nəzəri olaraq, müdafiənin düzgün təşkili ilə ermənilər xeyli müddət Stepanakertdə duruş gətirə bilərdilər.


 

İkinci Qarabağ Müharibəsi tankların rolunun azalmasını, PUA-lara, Tank əleyhinə idarəolunan raketlərə (TƏİR) və artilleriyaya artan tələbatı bir daha əyani olaraq göstərdi. Tanklar, əslində, piyadaları dəstəkləyən bir vasitəyə çevrildi, yəni Birinci Dünya Müharibəsindən sonra əksər ölkələrdə onlara ayrılan roluna qayıtdılar.

 

Azərbaycan tərəfinin əməliyyatın informasiya dəstəyinə kifayət qədər ciddi və hərtərəfli yanaşması da diqqət çəkən məqamlardandır. Əslində, qoşunların yerləşdirilmə prosesi demək olar ki, mediadan gizlədildi və hücum qəfil həyata keçirildi. Döyüşlərin ilk günlərində azərbaycanlılar KİV-lərə demək olar, heç bir məlumat sızdırmadı, münaqişə "informasiya dövriyyəsi"nə düşdükdən sonra isə Azərbaycan tərəfinin təbliğat sahəsindəki işi ermənilərdən qat-qat daha kütləvi və effektli oldu. Bu, dərhal silahlı qarşıdurmadan əvvəl əhəmiyyətli və uzun hazırlıq işləri göstərdi. Bu isə silahlı qarşıdurmadan əvvəl uzunmüddətli və əhəmiyyətli hazırlıq işləri göürlməsindən xəbər verirdi.

 

Azərbaycanlılar DQR-nın bütün ərazilərini azad edəcəyi təqdirdə erməni tərəfinin partizan müharibəsi təşkil etmək imkanları o qədər də böyük olmazdı. Birincisi, müharibə dövründə erməni tərəfi praktik olaraq heç bir təxribat aksiyası həyata keçirmədi. İkincisi, partizan kampanityası başlatmaq üçün ətraf əhaliyə yaxşı bələd olan çoxsaylı yerli əhali olmalıdı, xüsusilə də kənd sakinləri, erməni tərəfi isə bu resursdan məhrumdur. Müharibənin ilk üç həftəsi ərzindəDQR-in müharibəyə qədərki əhalisinin böyük bir hissəsi, 150.000 sakinin təxminən 90.000-ni, yəni 60 faizi Ermənistan ərazisinə qaçdı.

 

Tərcümə: Selcan

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man