Vəkil Şəfiqə Nağıyeva koronavirusdan ölmüş həmkarının qarasınca danışdı: “Paxıllığımı çəkirdi”

02 Dekabr 2020 | 11:18
OXUNUB: 7356

"Bir insan kimi mən Tahiri istəmirəm. Ona görə ki, o ömürboyu mənim paxıllığımı çəkirdi ”.


Sfera.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Şəfiqə Nağıyeva dünyasını dəyişən vəkil Tahir Əlirzayev haqda danışarkən söyləyib.


Şəfiqə Nağıyevanın "Elgizlə izlə” verlişində mərhum vəkil haqqında dediyi sözlər ölkədə rezonnansa səbəb olub.


"Mən öz həmkarlarımı çox istəyirəm. Ancaq bir insan kimi onu çox istəmirdim. Ona görə istəmirəm ki, Tahir həmişə mənim paxıllığımı çəkib. Nəyə lazımdır bu kimi şeylər. Bilirəm ki, ölünün arxasınca danışmaq doğru deyil. Ancaq hər kəs bilir ki, mən haqqı danışan insan olmuşam” - deyə vəkil bildirib.


Xatırladaq ki, tanınmış vəkil, hüquqşünas Tahir Əlirzayev noyabrın 28-də koronavirusdan dünyasını dəyişib.


Jalə Mehdi

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man