İkinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi - FOTO

Nəqliyyat xəbərləri 21 Dekabr 2020 | 18:22
OXUNUB: 1320

Füzuli rayonun Dövlətyarlı kəndindən anadan olan şəhid Cəfərli Əli İsa oğlu 44 günlük Vətən müharibəsində şəhid olan 2783 şəhiddən biridir.

Qəhrəman əsgər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Tərtər uğrunda Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Ə.Cəfərov İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən biridir. Ailənin tək oğul övladı olan şəhidimiz iki bacının bir qardaşı olub.

Ə.Cəfərlinin əmisi Cəfərov Adil Aydın oğlu da 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Sentyabrın 27-də şəhid olan qəhrəmanımızın nəşi bir ay sonra DNT analizi nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib, oktyabrın 28-də torpağa tapşırılıb.

Ailə yaxınlarının sözlərinə görə, 19 yaşlı şəhidimiz ali təhsil alıb, tarix müəllimi olmaq istəyirdi. Lakin həyat elə gətirdi ki, gənc yaşda tarix yazan qəhrəmanlardan oldu.

Allah rəhmət eləsin!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man