2021-ci ildə “Azərbaycan Hava Yolları” QSC üçün dövlət büdcəsindən 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Məlumata görə, bu məbləğ Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi sərf ediləcək.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat və rabitə xərcləri üçün 2021-ci il dövlət büdcəsindən 208,7 milyon manat vəsait proqnozlaşdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man