Benzinin keyfiyyəti ilə bağlı yeni standartlar tətbiq edəcək

Yeniliklər 20 Dekabr 2020 | 05:30
OXUNUB: 1482

Gürcüstan hökuməti avtomobil yanacağı ilə bağlı yeni standartlar tətbiq edəcək. Benzinin keyfiyyət normalarının Avropa standartlarına daha da yaxınlaşdırılması ilə bağlı hökumətin müvafiq qərarına düzəlişlər edilib.

Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qərara benzinin keyfiyyət standartlarına avtomobil nəqliyyatı vasitələrində yanma prosesini yaxşılaşdıracaq yeni parametrlər əlavə olunub.

Bunun nəticəsində atmosferə azot dioksidi və karbon qazının buraxılması azalacaq.

Yeni parametrlərin əlavə olunması benzinin qiymətinə təsir etməyəcək.

Qurumdan bildirilib ki, Gürcüstanda benzinin keyfiyyəti 2017-ci ildən tədricən yaxşılaşdırılıb və hazırda ekoloji parametrlərinə görə "Avro 5" standartına uyğundur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man