Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM

Nəqliyyat xəbərləri 19 Dekabr 2020 | 13:16
OXUNUB: 1348

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında Xocavənd sakinləri də var.

İşğaldan azad edilən digər ərazilərimizin sakinləri kimi, bu gün onların da sevinci, qürur duyğuları sonsuzdur.

Doğma torpaqlarına qayıtmağa hazırlaşan bu insanların bir çoxu dövlət qayğısının bir təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.

Proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man