Azərbaycanda dəhşət:Hamilə qadını aparan təcili yardım "Kamaz"la toqquşdu - VİDEO

Yol qəzaları 18 Dekabr 2020 | 22:41
OXUNUB: 3549

Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın  xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.

Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər. Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man