Şuşaya çəkilən yolun layihəsində dəyişiklik ola bilər - VİDEO

Nəqliyyat xəbərləri 18 Dekabr 2020 | 21:30
OXUNUB: 2055

Şuşaya aparan yol Əhmədbəyli kəndindən başlayaraq Füzuli şəhərinin yanından keçəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, məşhur Topxana meşəsinin ətəyindən keçən yol Daşaltı kəndinə düşəcək, oradan isə Şuşaya qalxacaq. Yol dağlıq-meşəlik ərazilərdən keçir, amma bu çətinliyə baxmayaraq yolun tikintisi davam etdirilir.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürür. Və Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçməklə 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

Qurum rəsmisi bildirib ki, ilyarıma başa çatdırılması nəzərdə tutulan yolun layihələndirilməsi və tikintisi işləri paralel aparılır.

Anar Nəcəfli bildirib ki, Qubadlıdan Laçına, Gəncə-Göygöl ərazisindən Kəlbəcərə gedən yolların da yenidən qurulmasına ehtiyac var. Bununla bağlı layihə də hazırlanır. Layihə tam hazır olandan sonra Göygölün Toğanalı kəndindən keçməklə Kəlbəcər, Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətində olan yolun da yenidən qurulmasına başlanacaq.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

 

 

 

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man