Bakıda yol polislərini söyən sərxoş şəxs həbs edildi - FOTO

İctimai nəqliyyat 18 Dekabr 2020 | 16:40
OXUNUB: 2588

Bakıda yol polislərinin işinə mane olan şəxs həbs edilib. Avtosfer.az xəbər verir ki, dekabrın 16-ı paytaxtın Bəkir Çobanzadə küçəsində xidmət aparan yol polisləri qayda pozan sürücünü dayandıraraq barəsində qanunamüvafiq qaydada tədbir görmək istəyib. Bu zaman həmin ərazidə olan şəxs yol polislərinə yaxınlaşaraq qayda pozan sürücüyə cərimə yazılmasına maneə yaradıb. O, daha sonra polislərə qarşı nalayiq ifadələr işlədərək onların tələbinə qəsdən tabe olmayıb.

Polis əməkdaşları həmin şəxsi aidiyyəti üzrə 24-cü polis bölməsinə təhvil veriblər. Bu zaman məlum olub ki, o bu əməli törədərkən sərxoş vəziyyətdə olub.

Onun barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib. Keçirilən məhkəmə iclası zamanı  Hüseynov Nofəl Kamil oğlu 20 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man