Bakıda sürücüdən qəribə addım - Cərimələnməsin deyə... - VİDEO

Nəqliyyat TV 18 Dekabr 2020 | 12:23
OXUNUB: 1746

Bakıda sürücü cərimə yazılmasın deyə maraqlı üsula əl atıb. Avtosfer.az xəbər verir ki, Sahil metrosu yaxınlığında, dayanma-durma qadağandır nişanının təsir sahəsində "Kia optima" markalı avtomobilini saxlayan sürücü cərimə yazılmasın deyə nömrəsini yarpaqla gizlədib.

Bunu görən başqa bir sürücü həmin anları mobil telefonla kameraya çəkərək "xalq yaradıcılğı" başlığı ilə sosial şəbəkələrə yükləyib.

Qeyd edək ki, əvvəllər bəzi sürücülər dayanma durma qadağası nişanının olduğu yerlərdə saxlayarkən nömrə görünməsin deyə avtomobilin baqajını açıq qoyurdular.

Məlumat üçün bildirək ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq olunan cərimə 20 manatdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man