Azərbaycanın istehsal etdiyi benzin və dizelin həcmi açıqlandı - FOTO

Yeniliklər 18 Dekabr 2020 | 11:51
OXUNUB: 961

Azərbaycanda yanvar-noyabr aylarında 2 milyard 809,4 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 faiz azdır.

Noyabr ayı ərzində Azərbaycanda 288,9 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Ölkədə 2020-ci ilin 11 ayı ərzində 1 milyon 66,3 min ton avtomobil benzini, 1 milyon 881,3 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 2,3 faiz artıb, dizel yanacağının istehsalı isə 1,6 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 51,5 faiz, sürtkü yağlarının istehsalı 9,7 faiz artıb, ağ neftin istehsalı 14,6 faiz, neft koksunun istehsalı 17,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalıb.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man