“Vətən uğrunda” medallı şəhidlərimiz - VİDEO

Nəqliyyat xəbərləri 18 Dekabr 2020 | 11:40
OXUNUB: 985

Azərbaycanın apardığı haqq savaşında bir çox gəncimiz ölkəmizin ərazi bütövlüyü uğrunda əlindən gələni və daha artığını etməkdən çəkinmədi. Həm ön, həm də arxa cəbhədə. Çox sayda qəhrəman vətən oğlu aparılan mübarizədə canından keçdi. 

Vətən, torpaq, sevgisi Ramin Quliyevin də hərb sahəsini seçməsinə səbəb olub. 

Valideynləri evin tək oğlu olan R.Quliyevi bu yoldan döndərə bilməyib.

Qəhrəmanımız Naxçıvanda Heydər Əliyev adına hərbi liseyə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Bu ilin iyununda təhsilini başa vuraraq Ağdama xidmətə yollanıb. 

R.Quliyev Vətən müharibəsi başlayanda ön sıralarda mübarizə aparan qəhrəmanlardan biri olub. Onun atası Birinci Qarabağ müharibəsində iştirak edib. Atanın başladığı işi oğlu tamamlayıb.

Silahdaşları ilə birlikdə Suqovuşanın azad olmasında düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi və qənimət kimi ələ keçirilməsində şücaət göstərib. 

Döyüş əməliyyatlarında qarşıya qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid leytenant dövlət başçısının sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Digər qəhrəman isə 26 yaşlı şəhid Emil Əbdüləzimlidir.

E.Əbdüləzimli vətənin müdafiəsinə könüllü qoşulan igidlərdən olub.

Əslən Zəngilandan olan E.Əbdüləzimli ailəsinin 27 illik həsrətinə son qoyub.

Göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı E.Əbdüləzimlini “Vətən uğrunda” medalına layiq görüb.

Bu gün Vətənin igid, mərd oğulları sayəsində başı ucadır. Bu gün torpaqlar şəhidlərimizin qanı bahasına azaddır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man