“Murov aslanı”ləqəbli şəhidimiz - FOTO

Nəqliyyat xəbərləri 17 Dekabr 2020 | 15:38
OXUNUB: 1013

44 günlük Vətən Müharibəsində qanları, canları bahasına işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edən igid oğullarımızdan biri də Sadiq Bağırzadədir. 

Sadiq Şahin oğlu Bağırzadə 2002-ci il aprelin 15-də Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2009-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Ermənilərin Qarabağda törətdiyi vəhşilikləri görən Sadiq daim qisas eşqi ilə yaşayıb. 

Şəhidimiz boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub. 

2020-ci ildə həqiqə hərbi xidmətə yollanıb və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qulluq edib. Sentyabrın 17-də başlanan Vətən Müharibəsində şücaəti ilə seçilib. Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib. 

Döyüş yoldaşları Sadiq Bağırzadəyə döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə “Murov aslanı” ləqəbini verib. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man