Bakı şəhər sakini Aydın Əliyev yol polisləri tərəfindən ona yazılmış protokolla bağlı şikayətini Avtosfer.az-a bildirib.
Sürücü Aydın Əliyev qeyd edir ki, idarə etdiyi 99-HH-718 qeydiyyat nişanlı “Vaz 21723” markalı avtomobillə paytaxtın Hacı Məmmədov küçəsində hərəkətdə olarkən, həmin ərazidə xidmət aparan Nərimanov rayon DYP şöbəsinə məxsus 99-YP-265 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları saxlama işarəsi verib. Saxlamanın səbəbi isə avtomobilin geriyə hərəkətini bildirən ağ rəngli işıqların yanıb-sönən rejimdə işləməsi olub. Ona yaxınlaşan baş inspektor polis leytenantı Almuradov Ənvər Hümmət oğlu sürücü barəsində “İnzibati Xətalar Məcəlləsi”nin 342.9-cu maddəsi ilə (500 manatdan 800 manatadək) cərimə yazıb. Lakin sürücü iddia edir ki, həmin maddənin tələblərini pozmayıb və yazılan protokol qanunsuzdur. O, Dövlət Yol Polisi idarəsinin rəhbərliyindən məsələnin ciddi araşdırılmasını və yazılan protokolun ləğv olunmasını xahiş edir.
Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsi”nin 342.9-cu maddəsində yazılmış “sayrışan işıq siqnalları” dedikdə, operativ nəqliyyat vasitələrinə aid olan göy və ya qırmızı rəngli sayrışan işıq siqnalları nəzərdə tutulur.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man