Xanıma qarşı kobudluq edən sürücüdən növbəti şikayət: "qəza törədib qaçdı" -FOTO- VİDEO

Yol qəzaları 16 Dekabr 2020 | 16:15
OXUNUB: 3547

Bakıda 99-VD-861 qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsünün svetoforun qırmızı işığından keçib xanım sürücüyə təhlükə yaratması, daha sonra xanım sürücünün etiraz olaraq siqnal verməsinə görə xanımın avtomobilinin qarşısını kəsib ona nalayiq ifadələr işlətməsi barədə xəbər vermişdik. Bundan sonra Şahmar adlı oxucu bizimlə əlaqə saxlayaraq bildirdi ki, 99-VD-861 qeydiyyat nişanlı avtomobilin sürücüsü noyabrın 7-də onun avtomobilini vuraraq hadisə yerindən qaçıb. Şahmar adlı oxucu hadisə zamanı avtomobilinə dəyən ziyanı əks etdirən videogörüntünü də bizə göndərib. O qeyd edir ki, hadisədən sonra həmin sürücü ona "avtomobili kənara çəkib sığortanı çağıraq"- deyib. Lakin sonradan hadisə yerindən qaçıb. Şahmar bununla bağlı DİN-in 102 qaynar xəttinə və yazılı formada şikayət ərizəsi ünvanlayıb.

------------------------------------------------------------------------------------------------------------------------------------------------

Xanım sürücüyə qarşı etdiyi hərəkətin videosu

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man