Deputat müdaxilə etdi, Keşlə sakinlərinin avtobus problemi həll olundu - FOTO

Yeniliklər 16 Dekabr 2020 | 15:56
OXUNUB: 886

“Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngədən marşrut avtobuslarının, eləcə də, sakinlərin şəxsi nəqliyyat vasitələrinin qəsəbəyə birbaşa və sərbəst girişi, həmçinin 30 nömrəli marşrut xəttinin qəsəbə ərazisində fəaliyyətinin dayandırılması ilə bağlı ciddi narahatlıq yaşayırdılar. Bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən prospekt tam təhlil edilib, hərəkət iştirakçılarının təhlükəsizliyini və nəqliyyat axınının intensivliyini nəzərə alaraq Keşlə qəsəbəsinə rahat giriş-çıxışın təmin edilməsi məqsədilə təklif layihəsi hazırlanmış, aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Təklif layihəsinə əsasən Babək prospektinin Kamran Əfkari və Süleyman Vəzirov küçələri ilə kəsişməsində yeni nizamlanan yol ayırıcıları təşkil edilib.”

Avtosfer.az xəbər verir ki, bunu Bakı şəhəri, Nizami rayonundan deputat seçilmiş Könül Nurullayeva öz social hesabında yazıb. Deputat bildirib ki, artıq Keşlə qəsəbəsi ilə Babək prospektini əlaqələndirən K.Əfkari və S.Vəzirov  küçələrində təmir-tikinti və müvafiq infrastruktur işləri artıq yekunlaşıb.

“Onu da qürurla nəzərinizə çatdırım ki,  yaxın zamanda Keşlə qəsəbəsinə daxil olaraq “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən 30 nömrəli müntəzəm marşrut xətti də istifadəyə veriləcək.”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man