Qarabağda 157 erməni terrorçu əsir alındı - TƏFƏRRÜATLAR

Nəqliyyat xəbərləri 16 Dekabr 2020 | 14:51
OXUNUB: 884

Qarabağdakı Köhnə Tağlar və Çaylaqqaya kəndlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları davam edir.

Milli.Az bildirir ki, əməliyyatlar zamanı 157 erməni terrorçu əsir alınıb. Bu rəqəm Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində sürəkli təkrarlanır.

Şuşa rayonunda ermənilərin "Xin Şen" dedikləri Böyük Qaladərəsi, "Mets Şen" dedikləri Kiçik Qaladərəsi və "Yexsaoğ" dedikləri Sarıbaba kəndlərində də ərazilərin terrorçulardan təmizlənməsinə başlanıb.

Əsir alınmış 157 erməninin tam əksəriyyətinin Ermənistanın Şirak və Lori vilayətlərindən Ermənistan Müdafirə Nazirliyinin çağırışı ilə hərbi xidmətlə səfərbərliyə cəlb olunduqları vurğulanır.

Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri olan bu şəxslər noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağdan çıxarılmayıblar.

Onlar Hadrut meşələrinə dağılışaraq silahlı diversiyalara başlamışdılar. Məhz onlar hərbçimilərimizə bir neçə dəfə hucumlar etmiş, "Azərcell" əməkdaşını atəşə tutmuşdular.

Həmin ermənilər başıpozuq, kimsə tərəfindən idarə olunmayan qruplaşmalar formasında meşələrə dağılmışdılar.

Çaylaqqala və Köhnə Tağlar kəndlərində dinc əhali, yəni yerli sakinlər yoxdur. Onların evlərinə yerləşən silahlı ermənilər, daha doğrusu, Ermənistan ordusunun dağınıq dəstələri müdafiə postları qurmuş, həmin kəndləri "erməni yaşayış məskənləri" elan etmiş və sonadək döyüşəcəklərini bəyan etmişdilər.

Laçın dəhlizindən Qarabağın içlərinə doğru gedən dolanbac dağ yolları vasitəsilə ətraf ərazilərə sızan silahlı ermənilər aşkar terrorla məşğuldurlar.

Onların bir qismi Rusiyva sülhməramlılarının fəaliyyət zonasına daxil olan ərazilərə keçərək orada sığınacaqlar qurmuşdular. Məhz bu səbəbdən diversantları, daha doğrusu, terrorçuları yaxalamaq və zərərsizləşdirmək asan deyildi.

Erməni terrorçularının Çaylaqqala və Köhnə Tağlar kəndlərinə hərəkətləri bir qayda olaraq Laçın dəhlizindən dağlıq yollarla Şuşa rayonunun Turşsu kəndinin yaxınlığından keçməklə olurdu.

Laçınla Şuşa arasındakı Kiçik Qaladərə, Böyük Qaladərə və Köhnəkənddə məskən salmış silahlı ermənilər Laçın-Şuşa şossesindən faydalanıblar.

Həmin şosse isə rusiyalı sülhməramlıların nəzarətindədir.

Ermənistanın Şiraak vilayətinin sakini Ruzanna Tovmasyanın dediyinə görə, 28 yaşlı kürəkəni dostları ilə birlikdə Şuşa yaxınlığında əsir düşüb.

"Məncə, azərbaycanılların son iki gündə əsir aldıqları ermənilərin sayı daha çoxdur. Deyirlər ki, yalnız Sarapat icmasından 140 nəfər əsir düşüb",  R.Tovmasyan deyib.

Şirakın digər sakini Karapet Poqosyanın dediyinə görə, əsirlər arasında 21 vəzifəli şəxs də var: "Onların arasında könüllü qismində döyüşlərə qatılmış kənd bələdiyyələrinin sədrləri də yer alır.

Ordumuz Laçın dəhlizindən həmin kəndlərə gedən yollara artıq tam nəzarət edir. Bundan narahat olan qarabağlı ermənilər dərhal rusiyalı sülhməramlılara üz tutaraq "problemin həlli"ni istəyiblər.

Problem isə ümumiyyətlə, mövcud deyil.

Çünki ermənilərin iddialarının tam əksinə olaraq, anti-terror əməliyyatlarının keçirildiyi yaşayış məntəqələrində yerli sakinlər yoxdur. Olanlar həmin kəndlərdə bu yaxınlarda məskunlaşmış silahlı ermənilərdir ki, onlar heç bir halda dinc sakin sayıla bilməzlər.

Sadəcə, Köhnəkənddə 15 yerli sakin müharibə bitəndən sonra geri qayıtmışdılar. Bu şəxslər də sonradan silahlı ermənilərdən qorxaraq kəndi tərk ediblər.

Qarabağda silahlı ermənilərin taktikası da artıq məlumdur. Onlar işğaldan azad olunmuş ərazilərə kiçik qruplar formasında sızır, döyüş mövqeləri formalaşdırır, sonra həmin ərazini "anklav" elan edir və rusiyalı sülhməramlıları köməyə çağırırlar.

Belə olaylarınsa qarşısı dərhal, ən sərt şəkildə alınmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man