Xudayar Yusifzadənin adı idmançılar siyahısında

Nəqliyyat xəbərləri 16 Dekabr 2020 | 13:58
OXUNUB: 735

Gənclər və İdman Nazirliyi sistemindən Vətən müharibəsində iştirak edənlərin sayı açıqlanıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın  verdiyi məlumata görə, ümumilikdə 500 nəfər döyüşlərdə iştirak edib və onlardan 54-ü şəhidlik zirvəsinə ucalıb.

390 nəfər könüllü kimi qatılıbsa, 33-ü hərbi xidmətə çağırılıb. 67 nəfər yaralanıb, onlardan 51-nin müalicəsi müxtəlif tibb müəsissələlərində davam edir. 8 nəfər yaralandıqdan sonra cəbhəyə qayıdıb, bir o qədəri isə müalicə bitdikdən sonra evə buraxılıb.

4 idman jurnalisti döyüşlərdə iştirak edib. Ümumilikdə 2 nəfər itkin düşmüş hesab edilir.

Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri iştirak ediblər.

Nazirlik sistemindəki şəhidlər arasında döyüşlərdə olduğu vaxt "Vətən yaxşıdır" mahnısını ifa edərək, məşhurlaşan gizir Xudayar Yusifzadənin də adı var. O, kikboksinq idman növü ilə məşğul olub.

Gənclər və İdman Nazirliyinin Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş əməkdaşları və idmançılar

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man