Əcnəbilər üçün ən bahalı şəhər hansıdır?

Maraqlı 16 Dekabr 2020 | 11:48
OXUNUB: 780

Honkonq əcnəbi mütəxəssislər, başqa sözlə desək, ekspatlar üçün dünyanın ən bahalı şəhərləri siyahısında başçılıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ECA International” konsaltinq agentliyi tərəfindən təqdim olunan illik hesabatda deyilir.

Buna əsas səbəb kimi bu meqapolisdə yaşayış yerlərinin son dərəcə bahalı olması göstərilir.

“Top-10”da həmçinin Tokio, Nyu-York, Cenevrə, Sürix, London, Təl-Əviv, Seul, San-Fransisko və Yokohama şəhərləri yer alıb.

Bundan əlavə, ən bahalı iyirmi şəhər arasında Çinin materik hissəsindən dörd meqapolis – Şanxay (11-ci yer), Quançjou (15), Şençjen (17) və Pekin (18) də var.

“ECA International” cari hesabatında valyuta məzənnələrinin tərəddüdləri nəzərə alınmaqla sıravi əcnəbinin əldə edə biləcəyi mal və xidmətlərdən ibarət istehlak səbətinin (kommunal xidmətlər də daxil olmaqla) xərclərini müqayisə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man