Türkiyə sürücüsüz dəniz aparatının istehsalına başlayır - FOTO

Yeniliklər 16 Dekabr 2020 | 10:50
OXUNUB: 600

“Ares” tərsanəsi və “Meteksan Savunma” şirkətinin üzərində işlədiyi Türkiyənin silahlı sükançısız (sürücüsüz) dəniz aparatının (SSDA) ilk nümunəsi hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin “Mavi Vətən” adlandırdığı dəniz sahəsini müdafiə etmək üçün hazırlanan bu aparata “ULAQ” adı verilib. Yerli və milli istehsal olan yeni texnika saatda 65 km sürətlə hərəkət edə bilir. Eyni zamanda 400 km məsafə qət etmək gücü ilə birgə kriptolu rabitə infrastrukturu, gündüz və gecə izləmə qabiliyyətinə sahibdir. SSDA-nın atış testləri martda keçiriləcək. Bu zaman “Roketsan” istehsalı olan mərmilərdən istifadə ediləcək.

Bildirilib ki, radioelektron mübarizə mühitində düşmən birliklərinin rabitə sistemini sırada çıxara biləcək xüsusiyyəti olan bu aparat rabitə və kəşfiyyat sistemləri ilə də təchiz olunacaq.

“ULAQ”ın dekabrın sonunda dənizə buraxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man