SpaceX-in Starship gəmisi sınaq zamanı partladı

Maraqlı 15 Dekabr 2020 | 23:29
OXUNUB: 1364

SpaceX Starship gəmisinin prototipi Texasdakı növbəti sınaq uçuşu zamanı partlayıb. Gəmi 12,5 km yüksəkliyə qalxıb, sönüb və sonra mühərrikləri yenidən işə salıb, lakin yüksək sürət səbəbiylə eniş zamanı partlayıb.

Elon Musk testləri uğurlu adlandırdı. "Mars, biz gəlirik!" - deyə Twitter-də yazdı və SpaceX komandasını təbrik etdi. SpaceX rəhbəri sınaq uçuşu zamanı "bütün lazımi məlumatlar" əldə edildiyini vurğuladı.

Avtosfer.az techland.az-a istinadən bildirir ki, partlayış yanacaq çənindəki təzyiqin azalması səbəbindən meydana gəlib.

Starship hazırda inkişaf mərhələsində olan yeni kosmik gəmidir. Elon Musk bildirir ki, Starship, "dünyanın indiyədək hazırlanmış ən güclü raket aparatına" sahib olacaq".

Bundan əvvəl Elon Musk, Mars Society Convention 2020-dəki video konfrans zamanı Starship raketinin 2024-cü ildə Marsa uça biləcəyini bildirmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man