Sürücüsüz, elektrikli traktor təqdim edildi - FOTO

Maraqlı 14 Dekabr 2020 | 10:30
OXUNUB: 1040

Monarch şirkəti elektrikli sürücüsüz traktoru təqdim edib. İddialara görə, bu, dünyanın ilk ağıllı traktorudur. 

TED.az xəbər verir ki, sürücüsüz rejimdə işləyən traktor əkin və biçin işlərini tək başına həyata keçirir. 360 dərəcə kamera, bir sıra sensorlar və naviqasiya proqramı ilə təchiz edilib. Əvəlcədən proqramlaşdırılmış işləri yerinə yetirmək və ya müstəqil idarə olunmaq üçün quraşdırıla bilər. İstehsalçı yeni elektrikli traktorda bir neçə alqoritmdən yararlanıb. Yerləşdirilmiş sensorların köməyi ilə gündə 240 GB-a qədər məlumat toplaya və analiz edə bilir. Bu, bitkilərinin vəziyyəti və digər göstəricilərinin qiymətləndirilməsindən ibarətdir.

Traktorda 70 at gücündə elektrik mühərriki və 10 saatdan çox fasiləsiz işləyə bilən akkumulyator yerləşdirilib.  5 saat ərzində tam şəkildə şarj olur. 998 kq-a qədər yük daşıya bilir.

Monarch şirkəti 500 dollar depozitlə traktor üçün sifariş qəbul etməyə başlayıb. Artıq yüzlərlə ABŞ fermerinin  sifariş verdiyi bildirilir. Sözügedən pilotsuz traktor  2021-ci ilin payızında   50 min dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man