Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində iki avtomobil toqquşub. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Piriyeva Şəfiqə Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man