Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
Bu barədə Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində BMW və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan VAZ markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man