Azərbaycanda yeni ərazi-inzibati bölgü aparılacaq? - Quberniyalar yaradılarsa...

24 Noyabr 2020 | 13:04
OXUNUB: 1699
Azərbaycan kimi ərazisi kiçik ölkədə 80-ə yaxın rayonun olması idarəetmə prinsipi baxımından qeyri-effektiv olmaqla yanaşı, onların saxlanılması da çox vəsait tələb edir.

Bəs ölkənin inzibati vahidlər üzrə yenidən bölgüsü baş tuta bilərmi? Belə bir addım atılarsa, bölgü necə aparılmalıdır?

Məsələ barədə Sfera.az-a danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, Azərbaycan quberniyalara bölünməlidir: 

"İndiki idarəetmə sistemi qeyri-effektiv olmaqla yanaşı, çox məsrəf tələb edir. Türkiyədə 82 milyon əhaliyə idmət edən dövlət seqmenti cəmi 1,2 milyon nəfərdir. Deməli bu ölkə ilə Azərbaycanın dövlət sektorunda məşğul olanlar arasında təxminən 8 dəfəyə qədər fərq var. Bunun özü də göstərir ki, Azərbaycanda dövlət sektorunun optimallaşdırılmasına, idarəetmənin təkmilləşməsinə, keyfiyyətinin yüksəldilməsinə ehtiyac vardır. Bu mənada daha optimal təklif, Azərbaycanın bir neçə quberniyaya bölünməsidir”.  

Onun fikrincə, quberniyaların  ölkədə mövcud olan iqtisadi rayonlar təsnifatı nəzərə alınmaqla formalaşdırılması idarəetmənin preventliyini təmin edəcək: 
"İkincisi inzibati təzyiq imkanlarını məhdudlaşdıracaq.  Bu gün xidmətlərin əksəriyyəti, 500-ə yaxın dövlət xidməti elektron hökumət üzərindən təşviq olunur.  Məmurla vətəndaş münasibətində birbaşa ünsiyyət aradan qaldırılır.  Bu da korrupsiya hallarının məhdudlaşdırılmasına gətirib çıxarır.  Məsafədən idarəetmənin mümkün olduğu bir zamanda Azərbaycanda məhz iqtisadi rayonlar bazasında quberniyalar formalaşdırıla bilər”.

R.Həsənov düşünür ki, ölkənin quberniyalara bölünməsi idarəetmənin keyfiyyətini artıracaq:

"Qubernatorlar ölkə Prezidenti tərəfindən təyin edilsə də, onlar məhdud funksiyalara malik olmalıdır. Yerli özünü idarəetmə institutları isə həmin bazada inkişaf etdirilməlidir. Bu vəziyyət dövlət vəsaitlərinin səmərəli istifadəsinə gətirib çıxaracaq. Xərc yükü optimallaşacaq.  Belə olduqda faktiki olaraq hökumət dövlət sektorunda çalışanların əmək haqlarını əhəmiyyətli dərəcədə artıra bilər. Nəticədə korrupsiya və rüşvətxorluğa qarşı daha effektiv mübarizəni təmin etmiş olarıq. Başlıcası idarəetmənin keyfiyyəti yüksələcək, inzibati təzyiq alətləri zəifləyəcək. Bu da cəmiyyətin aktiv inkişafına zəmin yaradacaq”.

Elçin
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man