Rusiyanın "Aeroflot" aviaşirkəti dekabrın 24-dən etibarən Moskva ilə Helsinki arasında uçuşları bərpa edəcək.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin Finlandiyadakı nümayəndəsi bildirib.
"24 dekabrdan etibarən uçuşlar 31 dekabr istisna olmaqla martın axırına qədər cümə axşamı günləri həyata keçiriləcək" , - nümayəndə deyib.
Xatırladaq ki, iki ölkə arasındakı birbaşa hava və dəmir yolu əlaqələri koronavirus pandemiyası səbəbindən ilin ikinci rübündən dayandırılıb.
Finlandiya ilə Rusiya Federasiyası sərhədi 12 yanvar tarixinə qədər turistlər üçün bağlı qalacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man