Mayor Mənsur Şükürov: Üç gün yaralı halda döyüşdüm - VİDEO

Nəqliyyat xəbərləri 13 Dekabr 2020 | 11:00
OXUNUB: 1063

Sanki bir film səhnəsindən bəhs edir. Onun danışdıqlarını dinləyəndə dəhşətə gəlirsən, cəbhədə baş verənlər bir kino lenti kimi gözündə canlanır. O isə zabit soyuqqanlılığı ilə əlini yaralı ayağına qoyub gülümsəyir. Müsahibə əsnasında isə hərbçi yoldaşlarının qəhrəmanlığından danışır...

Hadrut uğrunda gedən döyüşlərdə ağır yaralanır mayor Mənsur Şükürov. Üç gün yaralı halda döyüşür. Əsgərlərini mühasirəyə düşməmək üçün meşə yolu ilə çıxarmağa çalışır. Lakin bu elə də asan olmur. Düşmənin 50 metr məsafədə olduğunu görən Mayor Şükürov artilleriyaçı yoldaşına "Olduğum yeri vur!" əmrini verir.

İndi cəbhədə hərbi xidmətinə davam edən Vaqif Şükürovun və mayor Mənsur Şükürovun hərb sevgisi atalarından gəlib. Ataları Vidadi Şükürov 32 il hərbi xidmətdə olub. 90-cı illərdə 1-ci Qarabağ müharibəsində tabor komandiri kimi iştirak edib. Ehtiyatda olan polkovnik-leytenantdır. Oğluna baxışı qəhrəmanlığın atadan onlara keçdiyini deyir bizə.

Oğul Vətən üçün doğular, Vətən üçün ölər! Bu ailənin nəvələrindən hərbi akademiyada təhsil alan da var, beşiyində Azərbaycan bayrağı ilə uyuyan da. Və torpaq bu cür oğulları olduğu üçün Vətəndir! Yastığınız yüngül olsun, qazilər!

Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man