Bakıda “Niva” üç maşını əzdi - FOTO

Yol qəzaları 13 Dekabr 2020 | 09:00
OXUNUB: 618

Bakının Nərimanov rayonunda dörd avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

“Niva” markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan “VAZ 2115” və iki “Hyundai” markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb.

 

Daha ətraflı

“Hyundai” markalı maşının sürücüsü Cavid Xəlilovun verdiyi məlumata görə, “Niva” yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra “Niva” markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O, bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man