Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yol qəzaları 13 Dekabr 2020 | 01:15
OXUNUB: 6376

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Koroğlu Rəhimov küçəsində hərəkətdə olan iki avtomobil toqquşub.

Hadisə zamanı sürücü, 1994-cü il təvəllüdlü Qasımov Elnur Elnar oğlu və digər bir sərnişin 2000-ci il təvəllüdlü Ocaqquliyev Yunis Rövşən oğlu bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı E.Qasımova qapalı kəllə-beyin travması və başın ənsə nahiyəsinin çapılmış yarası, Y. Ocaqquliyevə isə sol qolun və sağ bud sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man