Qüdsün patriarxı Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş etdi

23 Noyabr 2020 | 10:58
OXUNUB: 1062
Ermənistan Şuşa şəhəri və Hardut qəsəbəsinin itirləməsini həzm edə bilmir. 

Sfera.az xəbər verir ki, İrəvan bu iki şəhəri geri almaq üçün hətta xarici ölkələrdəki dini icmaları hərəkətə gətirib. 

Bu günlərdə Qüdsün erməni patriarxı, arxiyepiskop Nurhan Manukyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. O müraciətdə Putinə Qarabağda müharibənin dayandırılmasına görə təşəkkürünü bildirib. Daha sonra isə Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş edib.

Haifa icmasının rəhbəri keşiş Tirair Hovakimyanın arxiyepiskopun məktubu şərh edib. O erməni mediasına bildirib ki, Putin onların rəylərini nəzərə alacaq.

"Rəyləri nəzərə alacaqlar, çünki Qüds ümumi geopolitik proseslərə müstəsna təsiri olan mərkəzlərdən biridir, lakin eyni zamanda  9 Noyabrda imzalanmış üçtərəfli müqaviləni də nəzərə almalıyıq”, - deyə keşiş vurğulayıb. /Yenisabah
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man