Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Yol qəzaları 11 Dekabr 2020 | 23:45
OXUNUB: 665

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında baş verib. 

“Ford” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olan zaman qarşısındakı “Hyundai”ya çırpılıb. 

“Hyundai” zərbənin gücündən qarşıda hərəkətdə olan “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Ford” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. 

Yolda sıxlıq yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib. 

Hazırda prospektdə hərəkətdə sıxlıq yoxdur. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man